Əl-Kəfil İxtisaslaşmış Xəstəxanası.
Bu layihə, Hazrəti Abbasın (ə) Müqəddəs Harəmi tərəfindən ümumilikdə İraqda və xüsusilə Müqəddəs Kərbəla Vilayətindəki səhiyyə sektoruna dəstək olmaq məqsədilə həyata keçirilir. Bu addım, adıçəkilən Vilayətin ehtiyacının yalnız 30%-ni təmin edən çarpayı sayındakı çatışmazlıq, əvvəlki səhiyyə layihələrinin tamamlanması, hazırda bir çox səhiyyə layihəsi həyata keçirən yerli hökumətə yardım edilməsi və Kərbəlanın Müqəddəs Harəmlərinin səhiyyə sahəsindəki bu çatışmazlığın bir hissəsini aradan qaldırmasına töhfə verməsi səbəbindən zəruridir.
Xəstəxana, hər ixtisasın ehtiyacına görə (reanimasiya – çarpayı sayı və s.) paylanmış 200 çarpayıdan ibarətdir. Xəstəxanada 12 əməliyyat otağı, bunlara əlavə olaraq təcili yardım klinikaları, məsləhətxana və poliklinikalar mövcuddur. Bu xəstəxana 12500 m² sahəsi olan bir ərazidə qurulmuşdur və tikinti ərazisinin sahəsi 4000 m² olub, üç mərtəbə və bir zirzəmidən ibarətdir.
Layihə haqqında ətraflı məlumat üçün
Xəbərlərin Sayı 26
Daha ətraflı