əbülfəzl abbasın (ə) hərəminin qiblə qapısının həyətində keçirilən mərasimdə müqəddəs hərəmin idarə heyətinin üzvləri seyid məhəmməd əşiqər və doktor əfzəl şami, həmçinin hərəmin bir sıra məsul şəxsləri, dini simalar və bu münasibətlə toplaşan çoxsaylı ziyarətçilər iştirak ediblər.
mərasim müqəddəs qurani-kərimdən ayələrin tilavəti ilə başlayıb. ardınca şeyx zaman həsənəvi məruzə ilə çıxış edərək iştirakçıları və islam ümmətini də əli əkbərin (ə) mövludu münasibətilə təbrik edib.
şeyx zaman həsənəvi çıxışı zamanı mübarək şəban ayında tövsiyə olunan ən mühüm ibadi əməllərdən, eləcə də əli əkbərin (ə) pak və nurlu həyat yolunun müxtəlif cəhətlərindən söz açıb.
mərasim çərçivəsində şeir nümunələri səsləndirilib, mövluda həsr olunmuş dini nəğmələr ifa edilib, sonda isə müqəddəs hərəmin baş katibliyi tərəfindən hazırlanan və bu münasibətə həsr olunmuş elektron mədəniyyət müsabiqəsinin qalibləri mükafatlandırılıb.
həzrət abbasın (ə) müqəddəs hərəmi əhli-beytə (ə) aid xüsusi günlərdə mədəni və maarifləndirici tədbirlərin təşkilinə xüsusi önəm verir və bu cür tədbirlərin ziyarətçilər arasında dini mədəniyyətin möhkəmlənməsində mühüm rol oynadığına inanır.












